waplog

“Elektron hökumət” üzrə qısamüddətli ixtisasartırma kursu təşkil edilir


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi jurnalistlər, bloqerlər və informasiya-kommunikasiya texnologiyaları ilə maraqlanan tələbələr üçün “Elektron hökumət” üzrə qısamüddətli ixtisasartırma kursu təşkil edir. 17-18 mart tarixində baş tutacaq kurs MHM-də keçiriləcək.
 
Kursun proqramına “Elektron hökumət. Elektron hökumətin formalaşdırılması və inkişaf mərhələləri. Gələcək perspektivlər”, “Elektron hökumətin infrastrukturu. Elektron hökumətin əsas komponentləri. Elektron xidmətlər. Dövlət Reyestrlərinin yaradılmasının məqsədi. Açıq hökumət məlumatları”, “Elektron hökumət sisteminə qoşulmanın texniki-funksional sxemi, elektron xidmətlərin portala inteqrasiya olunması”, “Elektron xidmətlərin mahiyyəti və hüquqi tənzimlənməsi”, “Elektron hökumətin informasiya və şəbəkə təhlükəsizliyi sistemi.
 
Fərdi məlumatların mühafizəsi. Kibercinayətkarlığa qarşı mübarizə”, “Vətəndaşlar tərəfindən daha çox istifadə olunan e-xidmətlər, populyar e-xidmətlərin, e-arayışların real rejimdə nümayişi.  Praktiki iş”, “Yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və əhəmiyyəti. E-xidmətlərin və e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin rolu”, “Elektron imza infrastrukturu. Elektron imza və ondan istifadə”, “Elektron hökumətin və elektronlaşma prosesinin inkişafında jurnalistlərin rolu” mövzuları daxildir. Kursun sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL