waplog

"Samsung" smartfonlarının istehsalını artırır


Cənubi Koreyanın "Samsung Electronics Co Ltd"  şirkəti artan tələbata uyğun olaraq yeni “Galaxy” flaqman smartfonları üçün istehsal hədəfini artırır.
 
“ICTnews” xəbər xidmətinin “Electronic Times” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, "Samsung" şirkəti aprel ayı üçün “Galaxy S6” və “Galaxy S6 EDGE” cihazları üçün istehsal hədəfini 7 milyondan 8 milyona qədər artırıb. Mart ayı üçün istehsal hədəfi dəyişilməyərək 5 milyon qalıb.
 
Sıfırdan hazırlanmış "Project Zero" layihəsi, “Galaxy S6” və əyri “EDGE” variantı "Samsung" şirkətinin gəlirlərini artırmaq üçün əhəmiyyətli bir addım olub. Nəzərinizə çatdıraq ki, axırıncı üç ildə birinci dəfə "Samsung" şirkətinin gəlirləri 2014-cü ildə azalıb.
 
"Samsung"un yeni smartfonları  yenilənmiş dizaynla və çoxlu texniki təkmilləşdirilmələrlə aprel ayının 10-dan 20-dək ölkədə satışa çıxarılacaq.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL