“Ağıllı” marker lövhədəki məlumatları rəqəmləşdirir
"Vaytboard" adlandırılan xüsusi ağ lövhədə markerlə yazmaq biznes auditoriya, şagirdlər və ya tərəfdaşlara öz fikrini çatdırmaq üçün yaxşı üsuldur. Lakin "Equil Smartmarker" bu prosesi bir qədər texnologiyalaşdıracaq.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Equil Smartmarker" lövhədə yazdığınız hər şeyi rəqəmləşdirir və real vaxt rejimində məlumatları bir neçə smartfon, planşet və ya kompüterə ötürür. Lövhənin maksimal ölçüsü 4,9x1,5 metr təşkil edir.
Bu sistem iki hissədən ibarətdir. Birincisi, lövhəyə xüsusi lent bərkitmək lazımdır. O, ultrasəs metodunun köməyi ilə xüsusi markerin bütün hərəkətlərini dəqiqliklə izləməyə imkan verir.
Ötürücüyə, həmçinin 4 QB yaddaş quraşdırılıb, yazılmış məlumatları onda saxlamaq olar. Sistemin avtonom iş müddəti təxminən 8 saat təşkil edir. Qurğu 700 dollar dəyərində satışa çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL