Ölkələrin “LTE” şəbəkəsinin sürəti və əhatəsi üzrə reytinqi açıqlanıb
“OpenSignal” şirkəti dünyada “LTE” şəbəkəsinin (4G - dördüncü nəsil rabitə standartı) vəziyyəti ilə bağlı ikinci hesabatını dərc edərək ölkələrin şəbəkənin sürəti və əhatəsinə görə amilləri nəzərdən keçirib.
Üç ay ərzində 6 milyon “LTE” istifadəçisindən toplanan məlumatlardan istifadə edən “OpenSignal” mütəxəssisləri İspaniyanın “LTE”-yə çıxış üzrə ən yüksək ortaillik sürət (saniyədə 18 meqabit) göstəricisinə malik olmasını müəyyən ediblər. Dördüncü nəsil şəbəkəsinin əhatəsinə görə birinci yeri Cənubi Koreya tutub. Ölkə ərazisinin 99 faizi bu şəbəkə ilə əhatə olunub.
Bu göstərici üzrə lider ölkələr sırasına həmçinin Finlandiya, Danimarka, Macarıstan, Yaponiya, Filippin, Meksika, Küveyt və Səudiyyə Ərəbistanı daxildir.
Şirkət ilk hesabatında ölkələr üzrə ən sürətli “LTE”-nin Avstraliyada (24,5 Mbit/s) olmasını açıqlayıb, - “Telekomza” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL