Tələbələr İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun gənclərə yaratdığı imkanlar barəsində məlumatlandırılıb
“Startup Azərbaycan” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində informasiya-kommunikasiya texnologiyalarına həsr edilən toplantı keçirilib. Proqramçıların, developerlərin, İT ekspertlərinin və startapçıların bir araya gəldiyi tədbirdə tələbələrə Azərbaycanda həyata keçirilən İKT layihələrdən danışılıb.
“Startup Azərbaycan” layihəsi barəsində, eləcə də onun məqsədləri, layihə çərçivəsində hazırda davam edən müsabiqə qaydaları, müsabiqədəki yeni nominasiyalar haqqında, “Startup Azərbaycan” çərçivəsində həyata keçiriləcək tədbirlər, startupçılar üçün keçiriləcək təlimlərlə bağlı məlumat verildikdən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun gənclərə yaratdığı imkanlardan bəhs edilib. Fondun müşahidə Şurasının üzvü, AİF-in prezidenti Osman Gündüz adıçəkilən fond tərəfindən bu istiqamətdə verilən dəstək və atılan addımlar haqqında məlumat verərək bildirib ki, “Startup Azərbaycan” yekun təqdimat mərasimi və finalçıların investorlarla görüşləri may ayının sonlarında keçiriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov da təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında geniş məlumat verərək tələbələrin müxtəlif suallarını cavablandırıb.
Görüşdə “Elektron hökumət” portalının nümayəndəsi Ruhəngiz Mehmanqızı portal haqqında, həmçinin Açıq Məlumatlar portalı və onun üzərində hazırlanacaq mobil tətbiqlər barəsində danışaraq yaradılan imkanları önə çəkib. O, “Elektron hökumət” portalının istifadəçilərinin günü-gündən artdığını qeyd edərək portalın xidmətlərinin vətəndaşlara rahatlıq gətirdiyini, onları əlavə xərclərdən və vaxt itkisindən azad etdiyini vurğulayıb.
Məlumat üçün bildirək ki, “Startup Azərbaycan” Təşkilat Komitəsi yaxın müddətdə Texniki, Memarlıq və İnşaat universitetlərində və digər təhsil müəssisələrində, həmçinin Yüksək Texnologiyalar Parkında belə görüşlərin keçirilməsi nəzərdə tutulur.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL