Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Dövlət Sərhəd Xidməti arasında memorandum imzalanıb
Bu gün Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən dövlət sərhədlərinin mühafizəsində yüksək texnologiyaların səmərəli tətbiqi imkanları geniş müzakirə olunmuş və bu sahədə gələcək əməkdaşlıq münasibətlərini müəyyən edən qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, memoranduma əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalarından, o cümlədən “Azərsky” peykinin imkanlarından geniş istifadə ediləcəkdir.
Memorandum çərçivəsində Dövlət Sərhəd Xidməti Akademiyasının “Uçuş mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantların rabitə və yüksək texnologiyalar sahəsində təcrübə keçmələrinin təşkili də nəzərdə tutulub.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL