Tofiq Hacıyev: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həmin xəttin tezliklə işə salınmasına çalışır”
AMEA-nın Əsas binasında Dilçilik İnstitutunun (Dİ) təşkilatçılığı ilə "Saytların dil mənzərəsi" mövzusunda mətbuat konfransı keçirilib.
Tədbiri giriş sözü ilə institutun direktoru, akademik Tofiq Hacıyev açaraq "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb.
Akademik Dövlət Proqramının Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək məqsədilə institut əməkdaşları tərəfindən ölkə saytlarında ədəbi dilin normalarının qorunması istiqamətində monitorinqlərin aparıldığını bildirib.
T.Hacıyev dil nöqsanlarının aradan qaldırılması işinə kömək edəcək "Qaynaq xətt"in işə salınacağı barədə də məlumat verib: "Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həmin xəttin tezliklə işə salınmasına çalışır".
İnstitutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli isə hazırda Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələri və teleradio verilişlərinin dili üzərində müşahidələrin aparılması barədə məlumat verib.
İnstitutun aparıcı işçisi Nəzakət Qaziyeva saytların dili üzərində aparılan monitorinqlərin nəticələri və müşahidə olunan dil qüsurları haqqında danışıb. Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL