Niderlandda telefon və internet istifadəçilərinin məlumatlarının saxlanılması haqda qanun ləğv edilib
Haaqa Məhkəməsi internet və telefon şəbəkələri istifadəçilərinin fərdi məlumatlarının saxlanılması və toplanılması haqda qanunu ləğv edib. İndi provayderlər öz istifadəçilərinin zəng tarixçəsini və internetdə aktivliyini saxlamağa məcbur deyillər.
Hakim bildirib ki, sözügedən qanun cinayətləri açmağa kömək etsə də, bununla belə vətəndaşların şəxsi həyatına müdaxilədir. Niderland Təhlükəsizlik və Ədliyyə Nazirliyi elan edib ki, qərardan apelyasiya verəcək.
"ICTnews" elektron xəbər xidməti “kommersant.ru” saytına istinadən bildirir ki, qanuna uyğun olaraq telefon şirkətləri bir il ərzində onların müştəriləri tərəfindən mobil və stasionar rabitə üzrə edilmiş bütün zənglər haqda informasiyanı saxlamalı, internet şirkətləri isə 1.5 il ərzində müştərilərin internetdəki aktivlik tarixçəsini saxlamalı idilər.
Hakimin qərarına əsasən, bu məlumatların saxlanılmasının ləğvi həqiqətən cinayətlərin araşdırılmasını uzada bilər, ancaq bu, şəxsi həyata müdaxiləyə əsas verir. Bu qanunun ləğvi tələbi ilə məhkəmədə iddia qaldırmış hüquq müdafiəçiləri məhkəmənin qərarını təqdir ediblər. Belə ki, “Privacy First” hüquq müdafiə təşkilatından bildirilib ki, məhkəmənin qərarı şəxsi həyata kütləvi müdaxilələrə son qoyacaq".
Hakimiyyət, əksinə, məhkəmənin qərarından narazıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL