waplog

Amerikalıların 60 faizi onlayn sifarişlərini hava üzərindən satın almaq istəyirlər


Amerikalıların 50 faizdən çoxu ona ümid edir ki, 2020-ci ilədək onlar öz sifarişlərini pilotsuz uçuş aparatlarının köməyi ilə ala biləcəklər.
 
Bundan başqa, ABŞ-ın internet mağazalarından satın alınmış məhsulun çox vaxt ödənişsiz çatdırılmasına baxmayaraq, rəyi soruşulmuşların 80 faizi bildirib ki, məhsulun hava vasitəsilə sürətli çatdırılması xidmətinə görə əlavə ödəniş etməyə hazırdırlar.
 
Bu halda respondentlərin 48 faizi 5 dolları bir məhsulun çatdırılması üçün münasib qiymət hesab edirlər. Amerikalıların 23 faizi yeni xidmətdən istifadə etmək istəyir, amma buna görə əlavə ödəniş etmək istəmirlər.
 
"ICTnews" elektron xəbər xidməti “json.tv” saytına istinadən bildirir ki, respondentlərin 36 faizi bildirib ki, onlar daha beş il gözləməyə hazır deyillər və artıq 2017-ci ildə dronların xidmətindən istifadə etmək istəyirlər. Bu haqda "Pərakəndə ticarətin gələcəyi – 2015" hesabatında yazılıb.
 
Rəyi soruşulmuşların 79 faizi hesab edir ki, onlar böyük ehtimalla məhsulun hava ilə 1 saata çatdırılmasını təklif edən internet mağazasından alış-veriş edəcəklər.
 
İstehlakçılar müxtəlif məhsulları, həmçinin, kitab (74 faiz) və geyimi (73 faiz) pilotsuz təyyarələrə etibar edirlər.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL