Azərbaycan gömrükçüləri baxış-rentgen sistemləri üzrə beynəlxalq kursda iştirak ediblər
Azərbaycan gömrükçüləri HI-SCAN, HİTRaX II, X-ray baxış-rentgen texnikasından istifadə edən operatorların təlimi üzrə beynəlxalq instruktorların (trenerlərin) hazırlanmasına dair kursda iştirak ediblər. Kurs Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki “Smith Heimann Rus” şirkətində təşkil edilib.
Kursun nəticəsi üzrə vacib məsələlərdən biri Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən istismarda olan “Heimann” markalı “Hİ-Scan” baxış-rentgen texnikasında çalışan əməkdaşlar üçün yaxın müddət ərzində operator kurslarının təşkil edilməsi və kurs proqramı üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin beynəlxalq sertifikatla təmin edilməsi və bununla da sözügedən sistemlərin istismarına dair rəsmi icazənin əldə edilməsi idi.
Komitədən bildirilib ki, həmin kursu uğurla bitirən Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin baş inspektorları Anar Məmmədov və Əmir Əsədov, habelə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin yoxlama baxış sistemlərinin istismarı şöbəsinin rəisi Əkrəm Məmmədov “SMİTH HEİMANN” şirkətinin sözügedən sistemlərin təlimi üzrə beynəlxalq dərəcəli müəllim (trener) statusunu alıblar. Qeyd edək ki, bu cür kursların keçirilməsi məhdud sayda təşkil olunur və adı çəkilən gömrük əməkdaşları beynəlxalq sertifikatla təmin olunublar.
Bundan başqa, kurs zamanı Azərbaycan gömrük əməkdaşları Rusiya Gömrük Akademiyasının rəis müavini, Akademiyanın Sankt-Peterburq filialının direktoru Aleksandr Myaçin ilə görüşüblər. Görüş zamanı Azərbaycan Respublikasının gömrük orqanlarında yeni müasir tipli yoxlama sistemlərinin və baxış-rentgen texnikasının əldə edilməsi və istismarı, habelə bu sahədə əldə edilmiş təcrübənin perspektiv aspektləri barədə məlumat mübadiləsi aparılıb.
Rusiya tərəfi bu sahədə Azərbaycan Gömrük Xidmətinə hər cür köməkliyin göstərilməsinə hazır olduğunu bildirib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL