waplog

Azərbaycanda fəaliyyət göstərən şirkətlər e-ticarəti genişləndirir


Elektron ticarət effektiv və rahat olduğu üçün dünyanın bir çox ölkələrində sahibkarlığın inkişafına, biznesin genişlənməsinə və gəlirlərin artırılmasına müsbət təsir edib. Son illərdə bu sahənin sürətli inkişafı Azərbaycanda da müşahidə olunmaqdadır. Elektron pərakəndə ticarət dövriyyəsi ölkəmizdə son bir il ərzində 2,4 dəfə artaraq 6,4 milyon manat təşkil edib.
 
 
Hazırda yerli elektron ticarət bazarında bir neçə populyar veb platformalar fəaliyyət göstərməkdədir. Ölkə əhalisi tərəfindən e-ticarətə marağın artması və alış-veriş əməliyyatlarının internet üzərində aparılmasının kütləviləşməsi Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin və şirkətlərin də e-ticarət istiqamətində addımlar atmasına səbəb olub. Bu yaxınlarda e-ticarət platformalarından biri olan “Besmart.az” elektron satışların inkişafı istiqamətində növbəti addım ataraq, internet vasitəsilə pərakəndə satış sahəsində geniş təcrübəsi olan dünya brendi “Procter & Gamble” ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Artıq mağazaya getmədən bu şirkətin məhsullarını sərfəli şərtlərlə almaq istəyən alıcılar tez-tez istifadə olunan məhsulları (Pampers, Fairy, Ariel, Gillette, Pantene və s) http://besmart.az/webshop/category/pg/   saytından ala bilərlər.
 
 
İnternet vasitəsilə pərakəndə satış Azərbaycanda yeni-yeni genişlənməkdədir. Dünyada mövcud olan tendensiya isə sübut edir ki, bu sahə ən azı yaxın 5 ildə daha sürətli şəkildə inkişaf edəcək. “Euromonitor International” şirkətinin araşdırmasına əsasən, makroiqtisadi dəyişikliklərə baxmayaraq dünya üzrə pərakəndə elektron satışlar son illər ərzində stabil artım nümayiş etdirib.
 
Elektron satış sahəsində alıcıların vərdişlərinin dəyişdirilməsi və maddi-texniki təminat ilə bağlı maraqların artırılması müşahidə edilməkdədir. “Procter & Gamble” şirkətinin internet vasitəsilə pərakəndə satış sahəsinə göstərdiyi dəstək ölkədə iqtisadiyyatın bu sahəsinin effektiv inkişafına müsbət təkan verəcək.
 
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL