waplog

Fərdi Məlumatların İnformasiya Sistemləri və Dövlət İnformasiya Ehtiyatları Dövlət reyestrlərinə daxil olunan məlumatların sayı 237-yə çatıb


Mart ayının 1-nə qədər bütün qurumlar üzrə Fərdi Məlumatların İnformasiya Sistemləri və Dövlət İnformasiya Ehtiyatları Dövlət reyestrlərinə daxil olunan məlumatların sayı ümumilikdə 237 ədəd  təşkil edib.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu rəqəm “Elektron hökumət” bülleteninin mart buraxılışında əksini tapıb.
 
 
Məlumatlardan 158-i Fərdi Məlumatların İnformasiya Sistemləri, 79-u  Dövlət İnformasiya Ehtiyatlarının payına düşür.
 
 
Fevral ayının 1-nə olan statistik göstərici ilə müqayisədə Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrinə daxil edilən məlumatların sayı 4 ədəd, Dövlət İnformasiya Ehtiyatları Dövlət Reyestrinə daxil edilən məlumatların sayı isə 1 ədəd artıb.
 

Xatırladaq ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapıb.


Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.
 
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL