waplog

Almaniya kansleri Çin ilə İT sahəsində tərəfdaşlığa çağırıb


Almaniya Federal kansleri Angela Merkel martın 16-da Hannoverdə işinə başlayan “CeBIT 2015” kompüter və informasiya  (İT) texnologiyaları sərgisində alman və Çin şirkətləri arasında İT sahəsində əməkdaşlığı inkişaf etdirmək təşəbbüsü ilə çıxış edib.

Hökumət rəhbəri bəyan edib ki, Çin Almaniya iqtisadiyyatı üçün Avropa hüdudlarından kənarda vacib ticarət tərəfdaşı olmaqla yanaşı, həm də yüksək texnologiyaların inkişafı sahəsində tərəfdaşdır.
 
A.Merkel qeyd edib ki, rəqəmli kommunikasiyalar sahəsində Almaniya istehsalçıları heyranedici məhsullar təqdim edirlər. Onun sözlərinə görə, lakin bazarın bu seqmentində rəqabət böyük və qlobaldır. Kansler Almaniyanın əksər rəqabətqabiliyyətli şirkətlərinin Çində fəaliyyət göstərməsini xüsusi vurğulayıb.
 
Çin 1986-cı ildən Hannoverdə keçirilən “CeBIT 2015” sərgisinin tərəfdaş ölkəsi seçilib, - “DWyazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL