FİN-ə uyğunlaşdırılmış informasiya sistemlərinin “Elektron hökumət” portalına inteqrasiyası vətəndaşlara nə verəcək?
Fərdi identifikasiya nömrəsi (FİN) informasiya sistemlərində fərdin şəxsiyyətini müəyyən etməyə imkan verdiyindən mövcud və yeni yaradılan elektron xidmətlər istifadəçilərin rahatlığını təmin edəcək.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “Elektron hökumət” bülleteninin mart buraxılışında deyilir.
Məlumatda qeyd olunur ki, müxtəlif informasiya sistemlərini əlaqələndirmək üçün məlumatın bir mənbədən daxil edilməsinin təmin edilməsi öz həllini tapacaq. Belə ki, əvvəllər hər hansı bir qurumun e-xidmətlərindən istifadə edərkən orada yalnız həmin qurumun mülkiyyətində olan informasiya sistemlərində mövcud olan məlumatlar sistem tərəfindən avtomatik doldurulurdu. Digər zəruri məlumatları istifadəçi ya əllə daxil etməli, ya da xidmətdən istifadə etdikdən sonra sənədləri müvafiq idarə və şöbələrə bilavasitə təqdim etməli idi ki, bununla da e-xidmət öz mahiyyətini itirirdi. Ən yaxşı halda isə əlavə sənədləri skan edilmiş formada e-xidmətdən istifadə zamanı yükləmək olurdu. Bütün hallarda istifadəçi nəticə etibarilə problemlərlə və vaxt itkisi ilə qarşılaşırdı.
FİN-ə uyğunlaşdırılmış informasiya sistemləri “Elektron hökumət” portalına inteqrasiya edildikdən sonra artıq bu məsələlər öz həllini tapmış olacaq. İstifadəçinin fərdi məlumatları, mülkiyyətində olan daşınmaz əmlak, hərbi mükəlləfiyyətliliyi, təhsili, kommunal xidmət borcları və s. haqqında məlumatlar portal vasitəsilə müvafiq dövlət orqanının mülkiyyətində olan informasiya sistemlərindən avtomatik şəkildə əldə olunaraq, ödənişli e-xidmətlərin təklif olunmasında öz əksini tapacaq.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL