waplog

“BlackBerry” təhlükəsiz “Secutablet” planşetini nümayiş etdirib


Kanadanın “BlackBerry” şirkəti “Samsung” və “IBM” ilə birgə hazırlanmış “Secutablet” planşetini nümayiş etdirib.

Yeni model “Samsung Galaxy S 10.5” planşetinin modifikasiya edilmiş, qabaqcıl təhlükəsizlik sisteminə malik variantıdır. Bu sistem sayəsində qurğu ilk növbədə korporativ istifadəçilər və dövlət qulluqçuları üçün nəzərdə tutulub.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, sözügedən qurğu məxfi sənədlərlə təhlükəsiz işləməyə imkan verən yüksək dərəcəli kibermühafizə vasitələrinə malikdir. Daha əvvəl “BlackBerry” tərəfindən satın alınmış “Secusmart” səsli rabitə vasitələrinin şifrlənməsi istehsalçısının texnologiyaları bu müdafiəni təmin edir. Bu halda “Secusmart” tərəfindən hazırlanmış aparat şifrlənməsi modulu planşetə quraşdırılan “microsd” formatlı xüsusi kartda yerləşir.

Planşetin işlənib hazırlanmasında, həmçinin “IBM” korporasiyası iştirak edib.

2015-ci ilin yayında “Secutablet” planşetlərinin satışına başlanılacaq.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL