KOİCA “Azərsu” təlim-tədris mərkəzini İKT avadanlıqları ilə təchiz edib
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Azərbaycanda Abşeron Yarımadasında Su Çatışmazlığı üzrə Ümumi Həll: Abşeron Yarımadasının Kürdəxanı Qəsəbəsində Su Təchizatı və Kanalizasiya Sisteminin Yaradılması" layihəsinin uğurla tamamlanmasına həsr olunmuş birgə açılış mərasimi keçirib.
Tədbirdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İnn, "KOICA" Baş Ofisinin vitse-prezidenti Kim In, "KOICA Azərbaycan" Ofisinin Rezident nümayəndəsi xanım Kim Eun Suk, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və müvafiq dövlət qurumlarının rəsmiləri iştirak edib.
Açılış mərasimindən sonra iki hökumətin nümayəndələri Hövsanda yerləşən "Azərsu" təlim-tədris mərkəzinə baş çəkiblər. Təlim-tədris mərkəzi yerli ictimai rəsmilərin və "Azərsu" işçi heyətinin bilik potensialının artırılması üçün "KOİCA" tərəfindən İKT avadanlıqları olan kompüter, televizor və s. ilə təchiz edilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL