Növbəti “Elektron məktəb üçün elektron müəllim” kurslarına start verilir
Təhsil Problemləri İnstitutu (TPİ) növbəti "Elektron məktəb üçün elektron müəllim" kurslarına start verir. TPİ nəzdində keçirilən təlimlərin iştirakçılarına sonda Təhsil Nazirliyinin nömrələnmiş sertifikatları təqdim edilir.
Nömrələnmiş sertifikatlar nazirliyin informasiya bazasında qeydə alınır. "Elektron məktəb üçün elektron müəllim" təlim kurslarının Azərbaycanın bölgələrində də davam etdirilməsi qərara alınıb.
Bunun üçün istənilən bölgənin RTŞ və məktəb rəhbəri TPİ-yə müraciət edə bilər.
Kurslar "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın (2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması) məzmununa uyğun olaraq təşkil edilir. Təlimçi Azərbaycanın əməkdar müəllimi, beynəlxalq dərəcəli təlimçi Almaz (http://www.almazhasret.com/ ) Həsrətdir.
Kursun müddəti 30 saat müəyyən edilib. Belə ki, ilk iki günü auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə keçirilir, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində davam edir.
Kursun formatına gəlincə, elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, "workshop", debat və müxtəlif veb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunur.
Kursun istiqamətlərinə "Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi", "Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları", "İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb texnologiyalar", "Elektron dərslərin hazırlanması mexanizmi" və s. mövzular daxildir.
Kurslarda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılır. Kursun ödənişi 80 manat təşkil edir. Kursda iştirakçıların sayı isə 25 nəfər müəyyən edilib.
Kursun sonunda iştirakçılara Təhsil Nazirliyinin sertifikatı təqdim olunur.
Təlimlərdə respublikanın pedaqoji yönümlü ali təhsil müəssisələrində çalışan müəllim və tələbələr, psixoloqlar, məktəbəqədər təhsil müəssisəsi və orta məktəb direktorları və müxtəlif fənn müəllimləri iştirak edə bilərlər.
Qeydiyyatdan keçmək üçün əlaqə telefonlarından (490 27 21 (daxili 62 54), 490 29 34 (62 56), 493 53 47 (62 18), mobil: 055 875 52 03) istifadə etmək olar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL