Üç ayda “İş yerinə dair arayış” e-xidməti vasitəsilə 40 min nəfərə yaxın şəxsə iş yerinə dair elektron arayış verilib
Ötən il dekabrın əvvəllərində istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti vasitəsilə cari ilin 1 mart tarixinədək 39281 nəfər vətəndaşa iş yerinə dair elektron arayış verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən təqdim edilən bu xidmət vasitəsilə vətəndaşlar “İş yerinə dair arayış” elektron xidmətindən istifadə etməklə, iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün e-arayış əldə edə bilərlər.
Bunun üçün işəgötürənə müraciət edilməsinə artıq ehtiyac qalmır. İş yerinə dair verilən elektron arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar da əhatə olunur. Arayış əməkhaqqı göstərilməklə və ya göstərilmədən də əldə oluna bilər. Nazirlikdən bildirilib ki, dövlət başçısının 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, ƏƏSMN tərəfindən ötən ilin ortalarından əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqinə başlanılıb.
Sistemdə əmək müqavilələri, onların tərəfləri olan işçi və işəgötürənlərlə bağlı formalaşan dolğun məlumat bazası əsasında “İş yerinə dair arayış” elektron xidməti istifadəyə verilib ki, hazırda bu e-xidmət vətəndaşların “Elektron hökumət” portalı üzərindən ən çox istifadə etdikləri elektron xidmətlərdən biridir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL