waplog

Proqnoz: 2011-ci ilin nəticəsinə görə, dünya bazarında smartfon istehsalı üzrə lider dəyişəcək


“Apple” şirkəti 2011-ci ilin sonuna kimi 86,4 milyon “iPhone” smartfonu istehsal edə bilər, məhz bunun sayəsində şirkət ən böyük smartfon istehsalçısı olacaq. Keçən il şirkət 47,5 milyon “iPhone” istehsal edib. Beləliklə, artım 81,9% təşkil edə bilər.

Keçən ilin nəticəsinə görə, lider “Nokia”, ehtimal edilir ki, bu il ikinci yeri tutacaq. “Nokia” şirkəti cari il 74.4 milyon smartfon tədarük edəcək. Məlumat üçün qeyd edək ki, keçən il bu göstərici 100,3 milyon olub.

Analitiklər üçüncü yerdə “Samsung” şirkətinin olacağını proqnozlaşdırırlar. “RİM” və “HTC” şirkətləri müvafiq olaraq 55.7 və 49.7 milyon göstərici ilə 4-cü və 5-ci yerləri tutacaqlar. 2011-ci ildə cəmi 462 milyon smartfon istehsal ediləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL