Jurnalistlər və İKT ilə maraqlanan tələbələr üçün kurslar keçirilir
"Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi martın 17-də jurnalistlər, bloggerlər və İKT ilə maraqlanan tələbələr üçün "Elektron hökumət" üzrə ikigünlük ixtisasartırma kurslarına başlayıb.
Məqsəd Elektron hökumət quruculuğu, elektron imza, elektron sənəd və informasiya cəmiyyəti barədə yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək və bu sahə üzrə maarifləndirmə işlərinə təkan verməkdir. Kurslar Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri, həmçinin İKT sahəsində tanınmış ekspertlər tərəfindən keçirilir.
Kursların ilk günü Elektron hökumətin hüquqi əsasları, inkişaf mərhələləri, gələcək perspektivlər, Elektron hökumətin infrastrukturu, portalın təqdim etdiyi elektron xidmətlər, Dövlət Reyestrləri, açıq məlumatlar və sair mövzular haqqında iştirakçılara ətraflı məlumat verilib. İkinci gün Elektron hökumətin informasiya və şəbəkə təhlükəsizliyi, fərdi məlumatların mühafizəsi, kiber-cinayətkarlığa qarşı mübarizə, elektron imza və yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti, əhəmiyyəti və sair mövzular üzrə iştirakçılara geniş informasiya veriləcək. Kurslar başa çatdıqdan sonra iştirakçılara elektron imza kartları və xüsusi sertifikatlar təqdim ediləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL