waplog

Sumqayıtda “Hər evə qədər optika” layihəsi uğurla reallaşdırılır


Sumqayıt Cənubi Qafqazın ilk region şəhəridir ki, "Hər evə qədər optika layihəsi reallaşıb. Artıq pilot olaraq şəhərin 14-cü məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində sözügedən layihə tam olaraq tətbiq  olunub.

Bir neçə gün öncə Rabitə və yüksək texnologiyalar nazirinin 1-ci müavini İltimas Məmmədovla görüşən, sözügedən layihəni reallaşdıran Yaponiyanın "Fujikura" şirkətinin nümayəndələri- Orta Şərq üzrə Baş direktoru Hideto Otsuka, texniki direktor Hiroşi Takada və region nümayəndələri Xalid Cavadov, Sebahaddin Uğur daha sonra Sumqayıt Telekommunikasiya Qovşağında olublar.
 
Sumqayıt TKQ-nin rəisi Akif Əsgərov layihənin tətbiqi və səmərəli nəticələrindən danışaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom"İB-nin dəstəyi ilə rabitə şəbəkəsinin daha da modernləşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçiriləcəyini dedi. Şirkət nümayəndələri öz növbəsində bu layihənin daha da genişləndirilməsi istiqamətində verilən təkliflərə uyğun  layihələrin yüksək səviyyədə reallaşacağını əminliklə bildirdilər.  Şirkətin regional müdiri Xalid Cavadov bildirib ki, hazırda bütün öndə gedən ölkələrdə yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, müəssisə və təşkilatların şəbəkələri optik kabellərdən istifadə edilməklə GPON texnologiyası əsasında qurulur.
 
"Bu zaman müştərilərin sürətli internet şəbəkəsinə, IPTV, VoD, videooyunlar, interaktiv oyunlara, IP telefon və s. kimi multimedia xidmətlərinə yüksək sürətlə qoşulmalarına zəmanət verilir. Yeni texnologiyanın tətbiqi ilə istifadəçilərə yüksəksürətli internet xidməti, telefon, televiziya və digər xidmətlərin verilməsi təmin edilib.Layihənin həyata keçirilməsi nəticəsində hər bir mənzilə çəkilən optik kabellə telefon rabitəsi ilə yanaşı, genişzolaqlı internet xidmətləri, IP TV və bütün multimedia xidmətlərinin göstərilməsi mümkündür".
 
   Qeyd edək ki, şəhər rabitəsinin müasir texnologiya ilə qurulması ilə yanaşı, stansiyalararası birləşdirici xətlərin optik kabellərlə əvəzlənməsi bütün strukturların ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə şərait yaradıb. Bundan başqa Sumqayıt TKQ-nin inzibati binası ən müasir tələblər səviyyəsində tamamilə yenidən  qurulub. Hazırda Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən 62 mindən çox abunəçiyə rabitə xidməti göstərilir. Yaxın vaxtlarda şəhərin Şirvan, Dəmir Yolu, Tuğ Zavod,Yaşıl dərə Novxanı bağları, Stansiya Sumqayıt qəsəbələrində ONU avadanlıqları qurulacaq. Bütün stansiyalar üzrə ADSL portlarının 20 min artırılması planlaşdırılır. Yeri gəlmişkən, qeyd edək ki, Sumqayıt TKQ "Aztelekom" İB-nin ADSL abunəçilərinin sayına və inkişaf sürətinə görə birinci qovşaqdır.
 
Rəvan SOLTANOV
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL