İki ay ərzində keçirilən texniki baxış zamanı aşkarlanan radioelektron vasitələrin sayı açıqlanıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) yanvar-fevral ayları ərzində 103 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirərək 44 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlayıb.
İdarədən verilən məlumata görə, onlardan 5-i möhürlənib, 44-nün qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 5 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciət edilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL