waplog

“GPS”-in təkmilləşdirilmiş alternativi yaradılır


ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyindən (“DARPA”) bildirilib ki, onlar yeni qlobal məkan təyinetmə sistemi üzərində işə başlayıblar: yeni həll ənənəvi “GPS” sistemini əvəz edəcək. Texnologiya daha sabit, etibarlı və enerji səmərəli olacaq.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, müasir “GPS” texnologiyası mükəmməl işləmir: istifadəçilər çox vaxt peykdən gələn zəif siqnalla bağlı yeri düzgün təyin edə bilmirlər. Bu, adi insanlar üçün əksər hallarda böyük problem olmasa da, hərbi əməliyyatlar zamanı belə hal kritik nəticələrə gətirib çıxara bilər.

“DARPA” tərəfindən yaradılmış yeni texnologiya radio maneələr, "ölü" zonalarla bağlı problemləri aradan qaldırmağa imkan verəcək. Yeni nəsil yüksək dəqiqlik naviqasiyası eyni anda bir neçə məkan təyinetmə sistemindən istifadə edəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL