waplog

“Samsung”un smartfonları gözün qüzehi qişasının skaneri ilə təchiz ediləcək


Cənubi Koreyanın “Samsung” şirkəti mobil qurğu istifadəçilərinin eyniləşdirməsini gözün qüzehi qişasının skan edilməsi yolu ilə həyata keçirməyə imkan verən “Iris on the Move” (IOM) texnologiyasını lisenziyalaşdırıb.

Yeni biometrik texnologiya Stenford Elmi Tədqiqat İnstitutu, müxtəlif innovasiyalı layihələrlə məşğul olan ABŞ-ın qeyri-kommersiya təşkilatı tərəfindən hazırlanıb.

İstehsalçı bəyan edib ki, “Iris on the Move” texnologiyası barmaq izinin qeydə alınması üçün smartfonlarda tətbiq edilən daktiloskopik sensorlarla müqayisədə 1000 dəfə daha yüksək dəqiqliyi təmin edir. “Samsung Galaxy Tab Pro 8.4” aparatı gözün qüzehi qişasının skanerinə malik ilk cihaz olacaq.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki,
 şirkətin mini-kompüteri 2560x1600 piksel təsvir ölçülü 8,4 düymlük ekran, 2.3 QHs takt tezlikli dördnüvəli “Snapdragon 800” prosessoru, 2 QB əməli yaddaş, 32 QB-lıq fləş modul, 2 və 8 meqapiksellik matrislə təchiz edilmiş kameralar, “Wi-Fi a/b/g/n/ac” və “Bluetooth 4.0” simsiz şəbəkə adapterləri, həmçinin “GPS/GLONASS” qəbuledicisi ilə təchiz edilib.

Sözügedən model aprelin 17-də təhlükəsizlik məsələlərinə həsr edilmiş “ISC West 2015” konfransında nümayiş etdiriləcək.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL