waplog

TV və radio yayımı üçün dövlət rüsumu dəyişdiriləcək


Azərbaycanda televiziya və radio yayımı üçün tələb olunan dövlət rüsumunun məbləği dəyişdiriləcək. Artıq Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya və radio yayımı üçün tələb olunan dövlət rüsumunun dəyişdirilməsi ilə bağlı müvafiq strukturlarla məsləhətləşmələr aparıb.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bütün ölkəyə yayımlanan televiziyalar üçün əvvəlki kimi 11000 manat lisenziya məbləği nəzərdə tutulub: “Regional televiziya yayımı üçün 3000 manat, ölkə üzrə radio yayımı üçün 5000 manat, abonentlərin sayı 5000-ə qədər olan kabel şəbəkəsi üçün 3000 manat, abonentlərin sayı 5000-dən çox olan kabel televiziyaları üçün 6000 manat, peyk yayımı 1000 manat lisenziya məbləği təklif edilib”. Şura sədrinin sözlərinə görə, ilk dəfə olaraq Bakı şəhəri üzrə televiziya və radio yayımı üçün də lisenziya məbləği müəyyənləşdirilib: “Bakı şəhəri üzrə televiziya yayımı 5500 manat, Bakı şəhəri üzrə radio yayımı 2500 manat nəzərdə tutulub. Lisenziyanın məbləğinin dəyişdirilməsi ədalət prinsipinin qorunması ilə bağlıdır. Əvvəllər bütün televiziya kanalları 11000 manat ödəyirdi. Biz əslində lisenziyaların məbləğinin azaldılmasının tərəfdarıyıq. Azərbaycanda müxtəlif şirkətlərin iqtisadi durumu fərqlidir. Teleradio kanallarının da reklamla bağlı vəziyyəti o qədər yaxşı deyil. Ona görə də hesab edirəm ki, lisenziyaların dəyəri nə qədər az olsa, o qədər yaxşıdır”.
N. Məhərrəmli paytaxt üzrə ayrıca televiziya və radio kanalının açılmasının mümkün olduğunu da deyib: “Hər şey ola bilər. Bir var ölkə üzrə televiziya kanalı olsun, bir də var paytaxt Bakı üzrə. Xarici ölkələrdə paytaxtlarda televiziya kanallarının sayı çoxdur. Amma bu, gələcəyin söhbətidir”.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL