waplog

İnformasiya texnologiyaları vasitəsilə ölkənin turizm potensialı haqqında məlumatları dünyaya çatdırmaq üçün turizm informasiya mərkəzləri fəaliyyətə başlayıb


Ölkəmizə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə bu gün ölkə üzrə 9 Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir ki, bunlar Naxçıvan Muxtar Respublikası və paytaxt Bakı ilə yanaşı, Xaçmaz, Quba, Şamaxı, Zaqatala rayonlarında, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşir.
 
Mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmasıdır.
 
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.
 
Nazirliyin dəstəyi ilə Turizm İnformasiya Mərkəzlərinin saytları yenidən hazırlanır və müxtəlif dillərdə turistlərin xidmətinə verilir. Artıq üç mərkəzin www.guba.travel, www.sheki.travel, www.zagatala.travel internet saytları fəaliyyətdədir.  
 
Həmçinin, mərkəzlərin işində effektliyin artırılması məqsədilə "Facebook" sosial şəbəkəsində bütün turizm informasiya mərkəzlərinin səhifəsi yaradılmış və istifadəyə verilib.
 
Turizm İnformasiya Mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL