Avropa İttifaqı elektron ticarətin əsas oyunçuları ilə bağlı antiinhisar araşdırması aparacaq
Avropa Komissiyası elektron ticarətin “Amazon” və “Netflix” kimi əsas oyunçuları ilə bağlı antiinhisar araşdırmasına başladığını bəyan edib.
Araşdırma zamanı ekspertlər tərəfindən şirkətlərin apardığı siyasətin ticarətçilərin və istehlakçıların Avropa ölkələri sərhədləri üzərindən alış-veriş etməsini nə dərəcədə məhdudlaşdırması müəyyən ediləcək.
“Vahid rəqəmli Avropa bazarının əhəmiyyətli hissəsini təşkil edən elektron ticarətə əngəl törədən maneələrin aradan qaldırılması vaxtı yetişib. Sektorda aparılacaq təhqiqat komissiyaya Avropa vətəndaşları və biznes naminə elektron kommersiya sahəsində mövcud əngəlləri anlamağa və aradan qaldırmağa kömək edəcək”, - Aİ komissarı Marqaret Vestager bildirib.
Aİ-nin təhqiqatı iki mərhələdən ibarət olacaq. İlk addım rəqəmli kontentə baxış, məxfilik, mobil rabitə (rouminq xidməti üçün tariflərin ucuzlaşdırılması məqsədilə) və sərhədlərdən yüklərin göndərilməsi kimi sahələrdə vahid qaydaların hazırlanması olacaq. Aİ nümayəndələrinin fikrincə, məhz bu amillər Avropa “start up”larının artımını yubadır.
Araşdırmanın ikinci hissəsi daha çox Avropada fəaliyyət göstərən ABŞ şirkətlərinə (Google, Facebook, Uber, Amazon, Apple) aid olacaq. Şirkətləri təmsil edən nümayəndələrin qənaətinə görə, yoxlamalar vergi, antiinhisar qanunvericiliyinin tənzimlənməsi, məxfilik məsələləri və xidmətlərin qanuniliyi ilə bağlı aparılacaq, - "Payspacemagazine” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL