waplog

2019-cu ilədək mobil əlavələrdən mədaxil 99 milyard dollara çatacaq


2019-cu ilədək dünyada istifadəsi smartfon və planşetlərdən mümkün olan mobil əlavələrdən əldə olunan mədaxil 99 milyard dollar təşkil edəcək. Bu barədə “Juniper Research” analitik şirkətinin proqnozunda deyilir.
 
Tədqiqatda qeyd olunur ki, təkcə 2015-ci ildə dünya istifadəçiləri qurğulara 235 milyarddan çox əlavə yükləyəcək. “Google Play Market”dən sonra böyüklüyünə görə ikinci əlavələr mağazası Çinin “Baidu” mağazasıdır. Mobil əlavələrin əksəriyyətini pulsuz yükləmək mümkündür, proqramların yalnız 1 faizi üçün yükləmə zamanı ödəniş tələb olunur. 
 
Analitiklərin fikrincə, yaxın beş ildə oyunlar mobil əlavələrdən ümumi mədaxildə payına görə liderliyini saxlayacaq. Bununla yanaşı, artım dinamikasına görə tanışlıq və naviqasiya üçün əlavələr, eləcə də elektron kitablar kimi digər kateqoriyalar öndə olacaq.
 
Şirkət tərəfindən toplanan məlumatlar sübut edir ki, onlayn tanışlıq həvəskarlarının çoxu bu servislərdən mobil qurğular, o cümlədən smartfonlar vasitəsilə istifadə edir. Belə ki, Britaniyada ən yaxşı “iOS” proqramlar iyirmiliyinə internetdə tanışlıq üçün dörd əlavə (Match.com, Zoosk, Tinder və Plenty of Fish) daxildir.
 
Ekspertlər həmçinin qeyd edirlər ki, naviqasiya əlavələri kateqoriyasında “freemium” yayılma modeli (yükləmə pulsuzdur, lakin əlavə imkanlar ödənişlidir) hələ ki təsir altına düşməyib və əksər servislər pulsuz olaraq qalır. Bununla belə, bəzən yükləmənin qiyməti 50 dollar və daha çox olur. Analitiklərin qənaətinə görə, tədricən burada abunə modelinə keçid baş verəcək, - "DailyComm” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL