Dünyanın ilk “ağıllı” corabı istehsal edilib
Tayvanın “HTC” şirkəti “RE SOK” adlı dünyanın ilk “ağıllı” corablarını təqdim edib.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, ayaqda daşınan geyim elementi kiçikölçülü ekranla təchiz edilib. Ekran qoşulmuş qurğudan bildirişi göstərir.
“HTC” şirkəti “RE SOK” qurğusunu “GPS” modulu ilə təchiz edib. Bunun nəticəsində itirilmiş corabları tapmaq asanlaşacaq. Corabdakı cırıqların axtarışı üçün ötürücülər dəsti də mövcuddur.
Corablar səndəllərdən başqa, istənilən ayaqqabı ilə tam uyğunlaşır.
“Ağıllı” corablar müxtəlif rəng həllərində təqdim edilib. Amma təəssüf ki, “RE SOK” smart corablarını yumaq olmaz.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL