Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı hüquqi tədbirlərin görülməsi üçün rayon məhkəmələrinə müraciət edilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Dövlət Radiotezliklər İdarəsinin Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) tərəfindən 2015-ci ilin 3 ayı ərzində görülən işlər barədə məlumat verib.
DRİ-dən bildirilib ki, iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 137 akt tərtib edilib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 43 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb.
Onlardan 5 ədədi möhürlənmiş və 38 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 5 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL