waplog

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyəti MAQATE-nin tələblərinə uyğunlaşdırılır


Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyəti respublika qanunvericiliyinə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) tələblərinə uyğunlaşdırılır.
 
 
Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva bu fikri AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində keçirilən növbəti seminar-məşğələdə bildirib.
 
Qurumun elmi müəssisə və təşkilatlarının mülki müdafiə qərargah rəislərinin iştirakı ilə baş tutan tədbirdə Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva dünyada mövcud olan radiasiya, radioaktiv şüalanmanın yaratdığı təhlükələr, Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, eləcə də canlılara təsirindən, radiasiya təhlükəsizliyinin elmi-texniki əsaslarından söhbət açıb.
 
 Akademiyadan qeyd edilib ki, R.Mehdiyeva ölkədə bu istiqamətdə görülən işlər barədə məlumat verib. Bildirilib ki, ətraf mühitin radioaktiv çirklənmədən mühafizəsi sahəsindəki fəaliyyət “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış “Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə əsasında həyata keçirilir.
 
 
Məruzəçi ölkə rəhbərinin “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 8 may tarixli Sərəncamının əhəmiyyətindən söz açaraq, bu mühüm dövlət sənədinin nüvə texnologiyalarının yaradılması və inkişafına töhfə verəcəyini bildirib.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL