“HTC” şirkəti “One M8” smartfonunu yeniləyib
Tayvanın "HTC" şirkəti ötənilki "One M8" qabaqcıl qurğusunun yeni versiyasını təqdim edib. "One M8s" adlanan model Avropa bazarında satılacaq.
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, smartfon 1.7 QHs takt tezlikli 64 bitlik səkkiznüvəli "Snapdragon 615" çipi, yeni 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön fotomodulla təchiz edilib.
Qurğunun ekranının diaqonalı əvvəlki kimi 5 düym təşkil edir və təsvir ölçüsü 1080x1920 nöqtədir. "One M8s" qurğusunda əməli yaddaşın həcmi 2 QB, daxili yaddaş isə 16 və ya 32 QB təşkil edir. Smartfona, həmçinin "microSD" formatlı yaddaş kartları üçün slot quraşdırılıb. Cihazın akkumulyatorunun tutumu 2600-dən 2840 milliamper/saat tutumadək yüksəlib.
"HTC One M8s" aparatı "Android 5.0 Lollipop" əməliyyat sistemi ilə işləyir.
Qurğunun təxmini dəyəri 565 ABŞ dolları təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL