“3D” printer bazarının həcmi 33 faiz artıb
“Canalys” analitik şirkətinin məlumatına görə, “3D” printerlərin ucuzlaşması və onların artan məhsuldarlığı bu tip qurğular bazarının inkişafına imkan yaradıb.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ildə “3D” çap bazarının həcmi ötən illə müqayisədə 34 faiz yüksələrək 3,3 milyard dollar təşkil edib.
"Gözlənildiyi kimi, yeni il öncəsi xüsusilə istehlak seqmentində “3D” çap bazarında böyük artım müşahidə edilib – “Canalys” şirkətinin analitiki Co Kempton deyib. Bu tip qurğuların dəyərinin azalması, təklif edilən texnologiyaların sayının artımı və çap sürətinin artımı tələbatı yüksəldib".
Mütəxəssislərin qiymətləndirməsinə görə, 2014-cü ilin dördüncü rübündə bazara tədarük edilmiş üçölçülü çap üçün qurğuların təxminən 75 faizinin dəyəri 10 min dollardan aşağı olub. Bu halda “3D” printerlərin ümumi satış həcmi ilk dəfə 1 milyard dolları ötüb, buraxılmış məhsulların sayı 41 min təşkil edib ki, bu da ötən rüblə müqayisədə 24 faiz artım deməkdir.
Rüblük satışların qlobal həcminin 42 faizi “3D” printerlərin ən böyük satış bazarı olan ABŞ-ın payına düşüb. “EMEA” (Avropa, Yaxın Şərq və Afrika) regionunda bu göstərici 31 faiz, Asiya-Sakit okean regionunda isə 27 faiz təşkil edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL