waplog

Britaniyalı siyasətçi “iPhone”dan imtina edib


Britaniyalı siyasətçi Ed Miliband “Absolute Radio”ya müsahibəsində bildirib ki, o “iPhone” smartfonundan imtina edib. Belə ki o, “Apple” şirkətinin istehsalı olan smartfonunu sataraq “BlackBerry” smartfonunu istifadə etməyə başlayıb.

“ICTnews” elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, Miliband öz qərarını belə izah edib ki, “BlackBerry” telefonlarından fərqli olaraq “iPhone” smartfonu çox geniş imkanlar təqdim edir və nəticədə istifadəçini işdən yayındırır.

Buna görə də britaniyalı siyasətçi “alma” şirkətinin istehsalı olan smartfondan istifadəni dayandırmaq qərarı verib və indi Kanada istehsalçısının qurğusunu istifadə edir.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL