waplog

Britaniya şirkətinin sürücüsüz avtomobili ABŞ-da transqitə yürüşü edib


Britaniyanın "Delphi Automotive" şirkətinin sürücüsüz avtomobili ABŞ ərazisində San-Fransiskodan Nyu-Yorkadək avtoyürüş edib. Bu barədə şirkətin rəsmi saytında deyilir.
 
"5470 km uzunluqda olan marşrutun 99 faizi tam avtomatlaşdırılmış rejimdə keçib", - məlumatda qeyd olunur. Bildirilir ki, yürüşün məqsədi avtomobilin gələcək təhlükəsizlik sisteminin inkişafı üçün statistik məlumatların əldə edilməsi olub.  
 
"Bizim texnologiya özünü yaxşı göstərərək gözləntiləri tam üstələyib. Eksperiment zamanı əldə olunan məlumatlar kəşflərimizi optimallaşdırmağa və layihənin inkişafını sürətləndirməyə kömək edəcək", - şirkətin texnoloji bölməsinin direktoru Cef Ouens deyib.
 
Məlumata görə, 9 gün davam edən səyahət ərzində avtomobil 15 ştatın sərhədini keçib, dolaşıq yol nəqliyyat qovşaqları, körpü və tunellər, təmir edilən yollar ilə hərəkət etməklə bir sıra çətinliklərlə üzləşib. Kamera, radar və toqquşma barədə xəbərdarlıq sistemi ilə təchiz edilən "Audi" markalı "Q5" modelli avtomobil ekstremal hava şəraiti və aqressiv avtomobil sürücüləri kimi təhlükələrin öhdəsindən uğurla gəlib, - "TASS"  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL