waplog

“Nissan” avtomobillərinə mürgüləmə məlumat vericisi tətbiq edəcək


“Nissan” şirkəti sükan arxasında yatan sürücüləri oyatmağa söz verir. 

“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “New York Auto Show 2015” avtoşousunda mürgüləmə məlumat vericisi haqda məlumat verilib. “Nissan” şirkəti bu vericini istehsal etdiyi avtomobillərdə tətbiq etmək niyyətindədir.

Məlumat vericisi ilkin təlim mərhələsini keçdikdən sonra sürücülük stilini yadda saxlayır. Sonra avtomobil idarəetməsində, mürgüləmə üçün tipik olan və ya yol vəziyyətinə reaksiyanın olmaması kimi qeyri-adi əlamətlər aşkar edildikdə sistem səsli siqnalın verir və avtomobilin cihaz lövhəsinə xəbərdarlıq mesajı göndərir.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL