waplog

“Startap Azərbaycan 2015” müsabiqəsinə 22 startap buraxılıb


“Startap Azərbaycan”  Təşkilat Komitəsində  bu il  müsabiqəyə  təqdim edilən 34 startap layihəsinin müsabiqəyə buraxılması və qiymətləndirilməyə təqdim edilməsi məsələsinə baxılıb. 

“ICTnews” xəbər xidmətinin layihənin təşkilat komitəsinə istinadən verdiyi məlumata əsasən,  “Startap Azərbaycan” TK tərəfindən müsabiqə qaydalarına uyğun olaraq qeydiyyatdan keçən və zəruri sənədləri təqdim edən 22  startap müsabiqəyə qəbul edilib və artıq ilkin qiymətləndirmə üçün ekspertlərə təqdim olunub.

Müsabiqəyə təqdim  edilən startapların siyahısı  “www.startup.az”   resursunda yerləşdirilib.
Ekspertlər qaydalara uyğun olaraq startapların ilkin qiymətləndirilməsini bir həftə  müddətində həyata keçirəcək və onların dəyərləndirməsi  əsasında  yarımfinalçılar müəyyən olunacaq.

Yarımfinalçıların təqdim etdikləri biznes planlar əsasında ekspertlər aprel ayının sonunadək  finalçıları müəyyən edəcəklər.

Finala çıxan startaplarla investorların qapalı görüşünün iyunun sonunda keçirilməsi nəzərdə tutulub.

“Startap Azərbaycan” Yekun Təqdimat mərasiminin və ənənəvi “Startap Azərbaycan 2015” Milli Konfransının may ayının  əvvəlində keçirilməsi planlaşdırılır.

“Startap Azərbaycan” layihəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir. 

 

“Startap Azərbaycan” layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Elektron hökumət” portalının operatoru – Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı dəstək verir.  “Startap Azərbaycan”ın akademik partnyoru ADA Universitetidir. “İnfiPro”, “SİNAM”, “SMART Systems”, “Cybernet” və “Happy Baku” şirkətləri “Startap Azərbaycan”a dəstək verirlər.

 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL