“Nar Mobile” loqosunu yeniləyib
Azərbaycanın ilk "3G" operatoru "Azerfon" şirkəti "Nar Mobile" brendinin yeni loqosunu təqdim edib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, 500 nəfər qonağın iştirak etdiyi yeni loqonun təqdimat mərasimində artıq 2 ildir ki, rebrendinq istiqamətində işlər görüldüyü bildirilib.
Rebrendinq çərçivəsində şirkət "Nar Mobile" brendinin loqosu ilə yanaşı, adını da yeniləyib. Belə ki, brendin adından "Mobile" sözü ləğv edilib. Bundan sonra, operatorun xidmətləri "Nar" brendi altında təqdim ediləcək.
Yeni loqo "Landor", "Nar Garden" brend konsepti isə "Y&R Moscow" məşhur rebrendinq şirkətləri tərəfindən hazırlanıb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL