waplog

“Samsung” şirkəti yeni nəsil maye kristal televizorların tədarükünə başlayıb


“Samsung” şirkəti yeni nəsil maye kristal televizorların tədarükünə başlayıb. Televizorların hamısı “Tizen” əməliyyat sistemi ilə işləyir.
 
Ən ucuz televizor modelinin dəyəri 950 dollar, ən bahalı modelin dəyəri isə 10 min dollar təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti “tdaily.ru” saytına istinadən bildirir ki, ən ucuz model olan “JU6700” “Ultra HD” formatlı bükük ekrana malikdir, yəni ekranın təsvir ölçüsü 3840x2160 piksel təşkil edir. Bu modeldə "kvant nöqtələri" (təsvirin maksimal parlaqlığını yüksəltməyə və rəngverilişini yaxşılaşdırmağa imkan verən xüsusi toz) istifadə olunmur.
 
Ən ucuz “SUHD” abreviaturalı televizorun dəyəri 3 min dollardır. 50 düymlük ekrana malik “SUHD” abreviaturalı televizorun dəyəri 4000, 65 düymlük 6500, 78 düymlük isə 10000 dollar təşkil edir.
 
2015-ci ilin model sırasından olan qurğular yeni qrafik interfeysə malikdir. Əsas funksiya “Samsung”un mobil qurğularındakı məzmunun televizorun ekranına axın ötürülməsidir. Məlumatların ötürülməsi üçün “Wi-Fi Direct” standartından istifadə olunur, mobil qurğunun televizora qoşulması və xidməti mesajlarla mübadilə “Bluetooth” texnologiyası ilə həyata keçirilir.
 
Cənubi Koreyanın “Samsung” şirkəti ən böyük maye kristal televizor istehsalçısıdır. “Witsview” tədqiqat şirkətinin məlumatına əsasən, 2014-cü ildə şirkət qlobal bazara qurğuların tədarükünü 14.5 faiz yüksəldərək bazar payını 22.8 faizə çatdırıb. Ötən il dünya bazarına 215 milyon maye kristal televizor tədarük edilib ki, bu da 2013-cü illə müqayisədə 5,4 faiz daha yüksəkdir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL