Cənubi Koreyada pilotsuz uçan aparatlarla mübarizə texnologiyasının sınaqları keçirilib
Cənubi Koreya mütəxəssisləri düşmən pilotsuz uçan aparatlarına qarşı yeni texnologiya hazırlayaraq onlarla analoji qurğular vasitəsilə mübarizə aparmağı planlaşdırırlar.
“Yaxın gələcəkdə pilotsuz uçan aparatlar pilotsuz uçan aparatlara qarşı vuruşacaq. Lakin bu yaxınlarda Ağ Evin yaxınlığında baş verən insidentdən məlum olduğu kimi, dronlar aşkar edildikdə belə onları saxlamaq çətindir. Onları güllə və ya raketlə vurub salmağa çalışmaq lazımdır, lakin idarə olunan silah üçün onlar çox kiçikdirlər. Bizim fikrimiz odur ki, onları digər pilotsuz uçan aparatlarla vurmaq lazımdır”, - Koreya Elmi-Tədqiqat İnstitutunun (KAIST) pilotsuz sistemlər üzrə qrupun rəhbəri Devid Sim deyib.
Layihənin son məqsədi lazım olduqda hücum əməliyyatlarını da yerinə yetirə bilən pilotsuz uçan aparatlar əleyhinə müdafiə kompleks sisteminin yaradılmasından ibarətdir. Son uçuş sınağında D.Sim düşmən dronlarının qoruduğu raket buraxılış qurğusunun aşkarlanması strategiyasını nümayiş etdirib.
Bildirilir ki, ilkin olaraq uçuşu kəşfiyyat pilotsuz uçan aparatları yerinə yetirir. Onlar işlərini başa çatdırdıqdan sonra havaya düşmən pilotsuz uçan aparatlarını aşkar edən bir neçə kiçik qırıcı dron qalxır. Bundan başqa, onlar partlayıcı daşıyan yerüstü robotu müşayiət edirlər. Bütün əməliyyatlar insanın iştirakı olmadan avtonom şəkildə həyata keçirilir, - “Lenta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL