waplog

“ASUS” şirkəti “PadFone S Plus” hibrid cihazını təqdim edib


"ASUS" şirkəti "PadFone" qeyri-adi hibrid cihazlar konsepsiyasını inkişaf etdirməyə davam edir. Bu tip qurğularda smartfon hesablama mərkəzidir, amma onu xüsusi birləşdirici qurğuya qoşduqda aparat planşet kompüterinə çevrilir. Bu seriyadan yeni qurğu yaxın günlərdə satışa çıxarılacaq.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "ASUS PadFone S Plus" modeli 5 düymlük "Full HD" formatlı ekrana malik smartfondan ibarətdir, 2.3 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 801" prosessoru, 3 QB əməli yaddaş və 64 QB tutumunda daxili  fləş daşıyıcı ilə təchiz edilib. Əsas kamera 13 meqapiksellik təsvir ölçüsünə malikdir və "4K" formatında video çəkilişini dəstəkləyir.

Bundan başqa, "ASUS PadFone S Plus" smartfonu 2 meqapiksellik ön fotomodul, "Wi-Fi 802.11 a/b/g/n/ac", "Bluetooth 4.0" və "NFC" simsiz kommunikasiya vasitələri, "USB" və "microUSB" konnektorları ilə təchiz edilib. Aparat 2300 milliamper/saat tutumunda akkumulyator batareyasına malikdir.
Smartfonun pərakəndə dəyəri təxminən 300 ABŞ dolları təşkil edəcək.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL