İsrail alimləri qidanın tərkibini təhlil edən smartfon yaradıblar
İsrail alimlərinin hazırladığı kiçikölçülü kamera real vaxt rejimində üzvi maddələri təhlil edəcək.
Tədqiqatçılar bildiriblər ki, belə kamera smartfonlara quraşdırıla bilər. Onun köməyilə istənilən istifadəçi qida məhsullarının kimyəvi tərkibini müəyyənləşdirmək imkanına malik olacaq.
"ICTnews" elektron xəbər xidməti “tgdaily.ru” saytına istinadən bildirir ki, kamera insan gözü ilə görünməyən hiperspektral rejimdə işləyir. Bu kameranın köməyi ilə əldə olunacaq informasiya smartfonun ekranında göstəriləcək. Sistem “Unispectral” adlanır.
Smartfonun bu kamera ilə təchiz edilmiş işlək prototipinin 2015-ci ilin yayın ortalarında təqdim ediləcəyi gözlənilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL