waplog

Aprelin 12-də “Olimpiada 2015”-in ilk onlayn turu keçiriləcək


“İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində keçirilən “Olimpiada 2015”-ə start verilib. İştirakçıları bu mərhələdə üç onlayn olimpiada turu gözləyir.
 
Təşkilat Komitəsindən bildirilib ki, öz biliklərini sınamaq, dəyərli hədiyyə və diplomlarla mükafatlanmaq, beynəlxalq olimpiadalara vəsiqə qazanmaq istəyən hər kəs iştiraka dəvət edilir: “İlk olimpiada turumuz 12 aprel 2015-ci il tarixdə baş tutacaq. Olimpiada turunun keçirilməsi qaydaları ayrıca olaraq “www.istedad.az” saytında işıqlandırılacaq”.
 
 
Qeyd edək ki, olimpiada “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq, “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi məqsədilə həyata keçirilir. Layihənin əsas məqsədi - yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılmasıdır.
 
 Layihə riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin üzə çıxarılması, onların daha da inkişaf etdirilməsi üçün əsas vəzifə kimi qarşıya qoyulub. Olimpiadanın Təşkilat Komitəsi Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondunun nümayəndələrindən formalaşdırılır.
 
İştirakçılar 14-16 yaş arasında olmalıdır və müstəsna hal kimi 14 yaşdan kiçik olan yeniyetmələr də iştirak etmə hüququna malikdirlər. Bu olimpiadanın qalibləri nəzərdə tutulmuş diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, beynəlxalq və dünya fənn olimpiadalarında iştirak etmək şansını qazanacaqlar.
 
 
Layihə yeniyetmələr arasında dəqiq və təbiət elmləri, eləcə də texniki sahələri təbliğ edir, onlara marağı artırır, bu sahələrdə biliklərin əldə edilməsi üçün motivasiya, stimul və şərait yaradır. Bu məqsədlə İKT vasitəsilə yeniyetmələrin ən geniş kütləsi bilik yarışmasına cəlb edilir, yüksək nəticələr qiymətləndirilir, onların müəllifləri cəmiyyətdə təbliğ edilir, geniş və şəffaf rəqabət mühiti yaradılır. Yüksək bilik və elmə həvəs göstərənlər distant təhsilə cəlb edilir. “İstedadların hazırlığı laboratoriyası”  təcrübi xarakter daşıyır və bu sahədə bütövlüklə yeni milli modeldir.
 
Qoyduğu məqsədlərə, istifadə etdikləri fərqli mexanizmlərə, birləşdirdiyi mütəxəssis və peşəkarların tərkibinə görə, eləcə də əsasən İKT vasitəsilə həyata keçirildiyinə görə bu layihə unikaldır.  Keçirilən sınaqlar (onlayn olimpiadalar) yeniyetmələrin bu və ya digər fənn üzrə biliklərini yox, qeyri-standart düşünmə bacarıqlarını, orijinal məsələlərin həlli üçün məntiqin inkişafını qiymətləndirməyə imkan verir.
 
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL