waplog

Yarımkeçirici sahədə müsbət illik dinamika saxlanılır


Yarımkeçiricilər Sənayesi Assosiasiyası (“Semiconductor Industry Association”, “SIA”) ayın nəticəsinə görə sahə haqda ənənəvi hesabatını dərc edib. Mütəxəssislərin hesablamasına əsasən, 2015-ci ilin fevralında yarımkeçiricilərin qlobal satış həcmi 27,8 milyard ABŞ dollarına çatıb ki, bu da bir il əvvəllə müqayisədə 6,7 faiz yüksəkdir.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, cari ilin yanvarı üzrə nəticə ilə müqayisədə çiplərin satışı 2,7 faiz azalıb ki, ekspertlər bunu mövsümi amil təsiri ilə izah ediblər.

Regionlar üzrə yarımkeçiricilərin satış həcmi Şimali və Latın Amerikasında 17,1 faiz və Asiya-Sakit okean regionunda 7,6 faiz yüksəlib. Bununla belə, Avropa və Yaponiyada dinamika mənfi olub - ötənilki rəqəmlərlə müqayisədə yarımkeçirici gəlir müvafiq olaraq 2 və 8,8 faiz azalıb.

Məlumatlarını şərh edən “SIA”-nın direktoru Con Noyfer bildirib ki, qlobal yarımkeçiricilər bazarında artıq 22 ay ardıcıl illik müsbət dinamika saxlanılır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL