waplog

Smartfonlarda “3D” skaner quraşdırılacaq


“3D” çap getdikcə populyarlaşır, printerlər isə ucuzlaşır. Buna görə də bir çox insanlar obyektlərin skanlaşması prosesini asanlaşdırmaq istəyir. Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçıları istənilən smartfonu yığcam “3D” skanerə çevirə biləcək ucuz çip yaradıblar.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, yeni çip “NCI” (“nanophotonic coherent imager” kimi şifr olunur) adlandırılıb. Çipin ölçüsü kvadrat millimetrdən də az təşkil edir, ona görə də onu asanlıqla smartfon və ya yığcam kameraya quraşdırmaq olar.
 
Qurğu “LIDAR” lazer sisteminin köməyi ilə əşyanı tanıyır.
 
Hazırda “NCI” adlanan çip yalnız prototip halında mövcuddur. Yeni çip yalnız kiçik obyektləri skan edə bilir. Bununla belə, yekun versiya daha böyükölçülü obyektləri də rəqəmləşdirəcək.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL