waplog

Dünyanın ən kiçik kompüteri istehsala hazırdır


Miçiqan Universitetinin hesablama texnikası kafedrası dünyanın ən kiçik kompüterinin ("Michigan Micro Mote") ("M^3") istehsalına hazır olduğunu bəyan edib. İndi istehsalçılar qurğuya maraqğı olan şirkətlərlə danışıqlar aparır.
 
"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, bir kub metr ölçüsündə olan "M^3" kompüteri fotoşəkil çəkə, temperaturu və təzyiqi ölçə və bu məlumatları öz yaddaşına yaza bilir. Kompüter işıq impulsu vasitəsilə proqramlaşdırılacaq.
 
İstehsalçılar hesab edir ki,  "Michigan Micro Mote" kompüteri tibb sahəsində tətbiq oluna bilər. Bu kiçik kompüter, həmçinin sənaye və infrastruktura sahələrində istifadə edilə bilər.
 
Daxili simsiz modul nəticəsində kompüter informasiyanı 7 metrədək ötürə bilir. Hazırda mühəndislər bu məsafəni 20 metrədək çatdırmağı düşünürlər.
 
"Michigan Micro Mote" kompüterinin hazırlanmasına 10 il vaxt sərf edilib.
 
Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL