waplog

Dünyanın ən aktiv internet mağazalarının adı açıqlanıb


ABŞ-ın “Amazon” internet mağazası bazardakı birincilik mövqeyini Çinin "Alibaba” şirkətinə verib. “BI Intelligence” şirkətinin hesabatına görə, alıcılar daha çox Çin şirkətinin saytına daxil olurlar.
 
“Alibaba” dünya elektron ticarət liderləri ilə mağazaya daxilolmaya görə rəqabət apara bilsə də, çeşidin müxtəlifliyinə görə hələ ki onlardan geri qalır.
 
Lakin ticarət mağazalarının populyarlığı geniş brend seçiminə görə qiymətləndirilir. Məhz bu keyfiyyət Çin şirkətinə bir resursda geniş mal seçimi təklif etməklə daimi müştəriləri saxlamağa imkan verir.  
 
Lakin “Alibaba” hamıdan çox alıcı cəlb edə bilsə də, geniş brend seçimi təklif edə bilmir. Bu, Çin internet mağazasının bölmələrindən birinin fərdi istifadəçilər üçün məlumat lövhəsi kimi fəaliyyət göstərməsi və əvvəlcədən brendlərin cəlb edilməsi üçün nəzərdə tutulması ilə əlaqədardır. Bundan başqa, Çin şirkəti tez-tez saxta mallarla üzləşir ki, bu da yeni müştərilərin cəlb edilməsi prosesini yubadır.
 
2014-cü ildə “Alibaba”ya 330 milyon aktiv alıcı daxil olduğu halda “Amazon” 270 milyon istehlakçı cəlb edə bilib. Saytlara daxilolmalar üzrə üçüncü yerdə "eBay” internet mağazası qərarlaşıb, - “Payspacemagazine” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL