Texnologiya korporasiyaları arasında ən yaxşı işəgötürən şirkət hansıdır?
“Forbes” jurnalının versiyasına görə, “Google” şirkəti növbəti dəfə işəgötürən reytinqinə liderlik edib. Sözügedən şirkət altıncı ildir bu reytinqdə birinciliyi əlindən vermir.
“Forbes” nəşrinin reytinqi ABŞ-ın ən böyük korporasiyalarında işləyən 20 min nəfər arasında keçirilmiş sorğu nəticəsində tərtib edilir.
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, dünyanın axtarış nəhəngi öz əməkdaşlarına yüksək maaşdan əlavə, xeyli sayda ödənişsiz xidmətlər seçimi təklif edir. Bu yaxınlarda məlum olub ki, “Google” yalnız öz əməkdaşlarının deyil, həmçinin onların ailə üzvlərinin qayğısına qalır. İnternet nəhəngin işçisi öldükdə onun həyat yoldaşı 10 il ərzində əməkhaqqının 50 faizini alır, hər bir uşağa 19 və ya 23 yaşına (əgər əyani təhsil alırsa) çatanadək aylıq 1000 dollar ödənilir.
Texnologiya korporasiyaları arasında “Facebook” sosial şəbəkəsi reytinqdə 15-ci pillədə qərarlaşıb. Qeyd edək ki, vaxtilə sözügedən reytinqin favoritlərindən biri olan “Apple” korporasiyası indi yalnız 55-ci pilləni tutur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL