“Gartner”: dünya mikroelektronika bazarının həcmi 7,9 faiz yüksəlib
2014-cü ildə dünya mikroelektronika bazarının həcmi 340,3 milyard dollaradək yüksəlib ki, bu da ötənilki nəticə ilə müqayisədə 7,9 faiz çoxdur. Bu halda satışların 72.4 faizi 25 aparıcı şirkətin payına düşür.
"ICTnews" elektron xəbər xidməti “computerworld.ru” saytına istinadən bildirir ki, 2013-cü ildən fərqli olaraq, sözügedən bazarın bütün seqmentlərində artım müşahidə olunur, lakin ötən il olduğu kimi, yaddaş mikrosxemlərinin satış həcmi daha sürətlə yüksəlir.
Bu seqmentin həcmi 16,6 faiz, halbuki mikroelektronika bazarının digər hissəsi yalnız 4,9 faiz yüksəlib. “DRAM” yaddaş mikrosxemlərinin satış həcmi 32 faiz yüksələrək 46,1 milyard dollara çatıb.
“Intel” korporasiyası mikrosxem istehsalçıları arasında satışların həcminə görə 23-cü dəfə birinci pilləni tutub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL