2014-cü ildə dünyanın nəhəng şirkətlərində İT xərcləri 895 milyard dollar olub
Ötən il dünyanın nəhəng şirkətləri informasiya texnologiyalarına (İT) 895 milyard dollar xərcləyib. Bu barədə “International Data Corporation” (IDC) tədqiqat şirkətinin hesabatında deyilir.
Analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ildə ən böyük İT büdcəyə ABŞ-ın "Wal-Mart Stores” pərakəndə satış şəbəkəsi malik olub. Xərclərə görə ikinci yerdə "Bank of America” qərarlaşıb. Sonrakı yerlərdə "Citigroup”, “AT&T” və “JPMorgan Chase & Co” şirkətləri yer alıb. Ekspertlər onların İT xərclərinin məbləğini açıqlamayıblar.
Hesablamalara görə, ən çox İT investisiyaya malik on şirkətin doqquzu 2014-cü ildə xərcləri 2013-cü illə müqayisədə artırıb. Orta hesabla texnoloji xərclərin təxminən üçdə bir hissəsi İT və telekommunikasiya sahəsində çalışan əməkdaşlara əməkhaqqı və mükafatların ödənilməsinin payına düşüb.
“Söhbət İT innovasiyalarından düşəndə, dünyanın nəhəng şirkətlərini tez-tez riskə getmək istəməməyə, ləngiməyə və xüsusiləşməyə görə tənqid edirlər. Bununla belə, böyük şirkətlərin İT büdcələrinin artması faktını inkar etmək olmaz”, - “IDC” analitiki Cessika Qepfert deyib, - "DailyComm” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL